- Baxış sayı: 72
- 05 Avqust 2026 19:38
- Baxış sayı: 89
- Avqust 10, 2026
- 0

Aprelin 12-də Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnir start götürəcək.
Allsport.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək.
Xalçaya bədii gimnastika üzrə məşqçi Valentina Ukleynanın rəhbərliyi altında gənc gimnastlar – Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi çıxacaqlar.
Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.