Bəhreyn qran-prisini Sebastyan Fettel qazanıb

Formula1 dünya çempionatının 2-ci mükafat yarışı Bəhreyndə keçirilib. Allsport.az saytı xəbər verir ki, bu mərhələdə “Ferrari”nin sürücüsü Sebastyan Fettel qalib gəlib. Pilotlar “Sahir” avtodromunda 5412 metrlik trasda 57 dövrə vurublar.

Almaniyalı 1 saat 32 dəqiqə 01,940 saniyə nəticə ilə hesabına 25 xal əlavə edib. Ondan 0,699 saniyə geri qalan Valtteri Bottas 2-ci olub. İlk üçlüyü Sebastyan Fetteldən 6,512 saniyə sonra finişə çatan “Mercedes”in digər üzvü Lüis Hamilton qapayıb.

Mühəndislər kubokunda “Ferrari” 65 xalla 1-ci, “Mersedes” 55 xalla 2-ci, “Maklaren” 22 xalla 3-cü yerdədir. Çin qran-prisi ayın 13-15-də Şanxayda keçiriləcək. Ondan sonra hamımızın Bakıda səbrsizliklə gözlədiyi Azərbaycan mükafat yarışı (27-29 aprel) gəlir.

Həmin kateqoriyadan