- Baxış sayı: 40
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 89
- Avqust 10, 2026
- 0

Həndbol üzrə Azərbaycan çempionatında 3-cü tura start verilib.
Allsport.az xəbər verir ki, qadın komandaların görüşündə “Azəryol” səfər matçında “İdman Akademiyası”na qalib gəlib.
Eyni komandaların kişi həndbolçuları arasında baş tutan oyunda isə “İdman Akademiyası” güclü olub. “Tələbələr” 45:36 hesabı ilə qələbə qazanıblar. “Bakı” mükafatlara digər iddialı “Dinamo” ilə görüşdə çətinlik çəkməyib. Meydan sahibləri 25 top fərqi ilə qalib gəliblər.
Qeyd edək ki, sabah turun daha iki oyunu keşiriləcək.
III tur
25 noyabr
Qadınlar
10:00. “İdman Akademiyası” – “Azəryol” – 21:41
Kişilər
12:00. “Azəryol” – “İdman Akademiyası” – 45:36
14:00. “Bakı” – “Dinamo” – 46:21
26 noyabr
Qadınlar
14:00. “Kür” – “Bakı”
Kişilər
16:00. “Kür” – “Qarabağ”