- Baxış sayı: 32
- 26 Aprel 2024 22:34
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Fransanın Tuluza şəhərində 3×3 basketbol üzrə keçirilən beynəlxalq turnirin ilk oyun günü yekunlaşıb.
Allsport.az xəbər verir ki, klublar arasında təşkil olunmuş turnirdə ölkəmizi qadınlardan ibarət “Bakı” təmsil edir.
Komandamız A qrupunda “Karfagen” (Tunis) və “Nayrobi Kiyati” (Keniya) klubları ilə qarşılaşıb. Basketbolçularımız, müvafiq olaraq, 16:15 və 17:12 hesabları ilə qələbə qazanıb. Sabah yarımfinal oyunları keçiriləcək.
Yığmamızın üzvləri Dina Ulyanova, Aleksandra Mollenhauer, Mersedes Volker və Tatyana Deniskinadan təşkil olunan “Bakı” turnirdə iştirak məqsədi Paris-2024 Yay Olimpiya Oyunlarının Təsnifat Turnirinə hazırlaşmaqdır.