Bakı Şəhər Halqası əməliyyat şirkəti 5 könüllünü formula-1 İtaliya qran-prisinə göndərir

Ötən ayı sonu Bakıda keçirilən formula-1 Azərbaycan qran-prisində yüksək fəallıq göstərən 5 könüllü Bakı Şəhər Halqası əməliyyat şirkətinin hesabına sentyabrın 3-də İtaliyada baş tutacaq mükafat yarışında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, rəqabətdə 3000-dən seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Burada hazırlıq BŞH Akademiyasında keçirilmiş seminarlar, formula-1 Avropa və Azərbaycan qran-priləri, ümumilikdə f1 tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak ediblər.

Qalib könüllülərin adları Azərbaycan Qran-Prisi könüllüləri üçün təşkil edilmiş “Təşəkkür” mərasimində BŞH-nin icraçı direktoru Arif Rəhimov və şirkətin insan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib.

Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qaliblərə sertifikat təqdim edilib.

BŞH-nin icraçı direktoru Arif Rəhimov qalib könüllüləri təbrik edib, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səsləyib: “Azərbaycan Qran-Prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Buna görə sizə minnətdarıq. Könüllülük inkişafa gedən yolda ilk addımdır və inanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaq”.

 

Həmin kateqoriyadan