Bakı Şəhər Halqası akademiyası gəncləri karyera qurmağa dəvət edir

Bakı Şəhər Halqası akademiyası oktyabrın 5-də gənclərə dəstək olmaq üçün karyera yarmarkası təşkil edəcək. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar qeydiyyat başlayıb. Yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkətlər və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edəcəklər. Eyni zamanda, təlimçilər tərəfindən gənclər üçün müxtəlif mövzularda master-klasslar keçiriləcək. Bu təlimlər düzgün CV hazırlamağın yolları, müsahibəni uğurla keçmək, karyera qurmaq və bu kimi başqa mövzuları əhatə edəcək.

Karyera yarmarkasında iştirak bütün gənclər üçün nəzərdə tutulur və onlara aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçmələri xahiş olunur. Akademiya iştirakçı yerləri məhdud olduğuna görə gənclərə aşağıdakı linkdə qeydiyyatdan keçməyə tələsməyi tövsiyə edir.

Daha ətraflı məlumatı 012 404 13 83 nömrəsinə zəng edərək əldə etmək mümkündür. Qeyd edək ki, tədbirdə iştirak edən şirkətlər həm təcrübə proqramları, həm də vakansiyalarına I kurs tələbələrini qəbul edəcəklər.

Bakı Şəhər Halqası akademiyası Azərbaycan qran-prinin təşkilatçısı içində fəaliyyət göstərir. Akademiya Azərbaycanda keçirilən Formula1 yarışlarının təşkilatçılığında iştirak edən könüllülərin və gənclərin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə yaradılıb.

Həmin kateqoriyadan