Bakı Şəhər Halqasından bildiriş

27-29 apreldə növbəti Azərbaycan qran-prisinə hazırlıq məqsədi ilə trekin ətrafında sədlərin quraşdırılması davam edir. Allsport.az saytının məlumatına görə, Bakı Şəhər Halqası əməliyyat şirkəti paytaxt sakinlərinin nəzərinə indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrində işin getməsini nəzərə çatdırır.

Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır.

Həmin kateqoriyadan