Bakı Şəhər Haqlasının təmir işləri ilə bağlı açıqlaması

Məlum olduğu kimi, 26-28 apreldə Formula1 Azərbaycan qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bununla bağlı Bakı Şəhər Halqası yarış trekinin üzərinə düşən mərkəzi küçələrində qismən təmir-tikinti işləri həyata keçirir. Bunun davamı olaraq, Puşkinlə Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol martın 22-dən 26-dək, həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart – 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq.

Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq. Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq (Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər):

Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq;

Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart – 8 aprel tarixlərində qismən bağlanacaq;

Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.

Həmin kateqoriyadan