Bakı su idmanı sarayında mükafatlandırma

Xəbər verdiyimiz kimi, gənclər və idman nazirliyi dekabrın 24-dən 26-dək “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirib. Allsport.az saytı xəbər verir ki, ölkə üzrə eyni vaxtda 30 idman kompleksində keçirilən yarışlarda ümumilikdə 3 gün ərzində 900-dək iştirakçı üzüb. 30 idman kompleksində eyni vaxtda başlanan yarış canlı olaraq izlənilib.

Yanvarın 5-də Bakı su idmanı sarayında yarışların mükafatlandırma mərasimi keçirilib. Bütün iştirakçılara sertifikat və medallar təqdim edilib. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən iştirakçılar (hər yaş qrupu üzrə ilk 3 yeri tutanlar) qalib elan ediliblər. Onlar müvafiq diplom, medal və hədiyyə olaraq üzgüçülük hovuzlarına abunəlik qazanıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish