Bakı tennis akademiyasında kimlər fərqləndi?

Mayın 26-dan 31-dək Bakı tennis akademiyasında yeniyetmələrin beynəlxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, oğlanlarda Azərbaycan, Türkiyə, Hindistan, İsrail, Fransa, Ukrayna, Gürcüstan, Türkmənistan və bitərəf idmançılar; qızlarda Türkiyə, Gürcüstan, Fransa, Avstraliya, Qazaxstan, İsrail, Özbəkistan, ABŞ və neytral statuslu tennisçilər iştirak ediblər.

Gərgin və maraqlı mübarizədə oğlanların fərdi yarışında Filip Smirnov 1-ci, Yakov Mazin 2-ci yeri tutublar. Qızların fərdi yarışında Vladislava Slelina qalib olub. Yevgeniya Sklyar isə gümüş medala layiq görülüb.

Oğlanların cüt yarışında Filip Smirnov və Yakov Mazin tandemi bütün rəqiblərini qabaqlayaraq birinci yerə yüksəlib. Runmaan Maneş və Yonatan Şaqas cütlüyü isə ikinci yeri tutub. Qızların cüt yarışında Polina Korelova və Vasilisa Marçenko qalib adını qazanıblar. Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina cütlüyü isə turniri ikinci pillədə başa vurub.

Həmin kateqoriyadan