- Baxış sayı: 42
- 11 Noyabr 2026 22:17
- Baxış sayı: 343
- Noyabr 09, 2026
- 0

Kişi basketbolu üzrə Azərbaycan millisi DÇ-2027-nin seçməsində İsveçrəyə 53:72 yenilib, paytaxtda Kosovonı 87:77 üstələyib. Komandamızın aparıcı oyunçusu Zaur Paşayev allsport.az saytına açıqlamasında hər 2 matçı belə dəyərləndirib:
“İlk matç elə də yaxşı alınmadı. Amma o görüşdə də uda bilərdik. Çünki İsveçrə o qədər güclü deyildi. Sadəcə, biz amerikalı basketbolçuya çox yükləndik. Hər şeyi onun üzərində qurmuşduq, öz oyunumu oynamadıq. Qarşılaşmadan sonra baş məşqçimiz Tahir Baxşiyev bildirdi ki, tək o matçı uda bilməz.
Komanda şəklində mübarizə aparmalıyıq. Necə ki, bunu ölkə çempionatında edirik – keçidlər, atışlar. Bakıda bu üsulla oynadıq və qalib gəldik. Allah qoysa, ilin sonunda növbəti 2 görüşdə də qələbəni hədəfləmişik. Qrupumuz elə güclü deyil, digər mərhələyə çıxmaq fürsətimiz var.”