- Baxış sayı: 62
- 11 May 2026 15:09
- Baxış sayı: 103
- May 11, 2026
- 0

17 yaşadək həndbolçu qızların Bakıda keçirilən Avropa çempionatında qrup mərhələsindən sonra bir günlük fasilə yaranıb. Allsport.az saytı xəbər verir ki, bu fürsətdən yararlanaraq ustad dərsləri təşkil olunub.
Avropa həndbol federasiyasının təşəbbüsü ilə keçirilən master-klass tanınmış serbiyalı həndbolçu Andrea Lekiç tərəfindən aparılıb. O, bilik və bacarıqlarını qitə çempionatının ən yaxşı oyunçuları ilə bölüşüb.
35 yaşlı həndbolçu hazırda Macarıstanın “Ferensvaroş” klununun şərəfini qoruyur.