Bakıda keçiriləcək Avropa çempionatının loqosu təqdim olunub

Allsport.az xəbər verir ki, 29 iyul – 6 avqustda Bakıda 18 yaşlı oğlanlar arasında Avropa çempionatı “C” divizionunun loqosu təqdim edilib.

Loqotipin ilkin görünüşü, bayrağımızda öz əksini tapmış aypara və 8 guşəli ulduzu xatırladır. Loqodan qızıl ayparanın ənənəvi Azərbaycan zərgərlik sənətinə xas olan Qarabatdağ boyunbağısına bənzədilməsinin və içərisində 8 guşəli ulduzun olduğu topun orta dairədən qızıl aypara boyunca yuxarıya doğru fırlanmasının şahidi oluruq.

Basketbolun əsas özəyini təşkil edən topun atəş qırmızı rəngdə olması isə məhz doğma Azərbaycanımıza xas olan xromatik xüsusiyyətdir.

Həmin kateqoriyadan