- Baxış sayı: 29
- 09 İyul 2026 21:25
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

Bakıda sərbəst piramida üzrə açıq Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, iyulun 9-da Bakı olimpiya idman kompleksində baş tutan mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Avropa piramida federasiyasının prezidenti Sergey Koltsov və Azərbaycan bilyard federasiyasının prezidenti Seymur Məmmədov çıxış ediblər.
Rəsmi hissədən sonra yarışlara start verilib.
İyulun 12-dək davam edəcək çempionatda Avropanın 13 ölkəsini təmsil edən 130 bilyardçı sərbəst piramida növü üzrə çempionluq uğrunda mübarizə aparacaq.