“Bakı”dan çətin qələbə

Kişi həndbolçular arasında ölkə çempionatının 12-ci turunda “Azəryol” “Bakı”nı qəbul edib.

Allsport.az xəbər verir ki, yarış cədvəlində 14 xalla qonşu pillələrdə qərarlaşan bu komandaların mübarizəsi maraqla gözlənilirdi. Ötən tur Mingəçevirdə lider “Kür” üzrəində inamlı qələbə qazanan “Azəryol” həndbolçularının bu qarşılaşma da qalib gələcəyinə inanlara çox idi. Lakin nominal qonaqlar ehtimalları alt-üst ediblər. Görüşə yaxşı başlayan “Bakı” həndbolçuları ilk hissədə 18:10 hesabı ilə irəli çıxıblar. Fasilədən sonra da meydan sahiblərinin mübarizədə dönüş yartamaq cəhdləri nəticəsiz qalıb. Görüşün sonuna kimi üstünlüyünü qoruyan “Bakı” yekunda 35:30 hesabı ilə qalib gəlib.

12-ci turun digər oyununda “İdman Akademiyası” “Kür”lə qarşılaşıb. Lider Mingəçevir təmsilçisi səfərdə çətinlik çəkmədən qalib gəlb-40:29.

Bu qələbə ilə xallarının sayını 19-a çatdıran “Kür” ilk pillədəki yerini möhkəmləndirib. Bu tur “Azəryol” üzərində qələbə qazanan Bakı rəqibini qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Komandanın hesabında 16 xal var. Ondan 2 xal az toplayan “Azəryol” isə ilk üçlüyü tamamlayır.

Həmin kateqoriyadan