- Baxış sayı: 64
- 15 İyun 2026 10:57
- Baxış sayı: 40
- İyun 19, 2026
- 0

Barselona qran-prinin təşkili üçün Formula1 ilə müqaviləsinin müddəti uzadılıb. Allsport.az saytı xəbər verir ki, 7-9 mayda kataloniyalılar 65-ci İspaniya mükafat yarışına ev sahibliyi edəcəklər.
İmzalanmış müqavilə uzunmüddətlidir və 2021-ci ildən sonrakı dövrü də əhatə edəcək. Anlaşmanın uzadılmasında əsas amillərdən biri də Fernando Alonsonun Formula1-ə qayıdışı və Karlos Saynsın “Ferrari”yə transferidir.
Xatırladaq ki, ötən mövsüm koronavirus pandemiyasına görə ləğv edilən Azərbaycan qran-prisinin bu ilin planına əsasən, iyunun 6-da keçiriləcəyi nəzərdə tutulub.