- Baxış sayı: 49
- 11 Noyabr 2026 22:17
- Baxış sayı: 347
- Noyabr 09, 2026
- 0

Qadın basketbol millimiz noyabrda Avropa çempionatı-2025-in seçmə oyunlarında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, komandanıyüksək səviyyədə hazırlamaq üçün, federasiya tərəfindən yeni məşqçilər heyəti təyin olunub.
Baş məşqçisi postuna U-16 qızlarımızla çempionluq qazanmış türkiyəli mütəxəssis Əvrən Alqaya gətirilib. Yeni nəsil qadın basketbolçularla işləməyi əla bacaran mütəxəssisin 2 köməkçisi də olacaq.
Birinci məşqçi uzun illərdir ölkəmizdə yaşayan amerikalı, yığmamızın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauerdir. İkinci köməkçi məşqçi isə, U-16 qızlarda asistent olmuş Aygün Eynullayevadır.