- Baxış sayı: 141
- 11 Sentyabr 2026 14:21
- Baxış sayı: 32
- Sentyabr 26, 2026
- 0

Albaniya paytaxtı Tiranada beynəlxalq ağırlıqqaldırma federasiyasının hesabat-seçki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə AAAF-dan baş katib Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundov iştirak ediblər.
Toplantıda prezident seçkisi keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud rəhbər seçilib. Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, idarə heyətinin üzvləri və digər vəzifələr sahibləri müəyyənləşib.
Azərbaycan nümayəndə heyəti konfransda iştirakla yanaşı, bir sıra görüşlər keçirib, müzakirələr aparıb.