“Biz ona 8-ci tutulu qazanmağa kömək edəcəyik”

Allsport.az saytı xəbər verir ki, Bəhreyn mərhələsinin təsnifatında “Mersedes” 6-ci yerdən yüksələ bilməyib. Komandanın avstriyalı rəhbəri Toto Volf “gümüşü oxlar”ın mübarizəyə geri qayıdacağına inanır: ”Digər komandalardan ciddi geri qalırıq. Bizim istədiyimiz nəticə bu deyil. Hazırda bu konsepsiya üzərində çalışırıq. Hər iki pilot mübarizədə geridədir. Biz Alonsonu geridə qoya bilərdik, amma alınmadı.

Lüis vəziyyəti bizim kimi qiymətləndirir. Özümüzə tələbkar yanaşırıq və istədiyimizi əldə etməyə çalışırıq. Mühəndislərimiz bolid üzərində çalışırlar. Biz Lüisə 8-ci tutulu qazanmağa kömək edəcəyik. Alonsonun yaşına qədər onun 4 ili var. Mən əlimdən gələni edəcəm ki, o, növbəti tutulunu qazansın”.

Həmin kateqoriyadan