”Bizim komanda 2011-ci ildən Avstraliya qran prisində qalib gəlməyib”

Allsport.az saytı xəbər verir ki, “Red Bul” komandasının pilotu Maks Ferstappen qarşıdan gələn mərhələni müzakirə edib. O, fikrini belə bölüşüb:

”Avstraliyada yenidən olmağa səbirsizlənirəm. Melbrunda vaxt keçirməyi sevirəm. Baxmayaraq ki, burada təşkil olunan yarış hələki bizim üçün uğurlu olmayıb.

Tras möhtəşəmdir. Həftəsonu heç bir texniki problemimiz olmasa, nəticə qazana biləcəyik. Bizim komanda 2011-ci ildən Avstraliya qran prisində qalib gəlməyib”.

Həmin kateqoriyadan