Boqdan Boqdanoviç 68 milyon dollarlıq müqavilə imzaladı

Boqdan Boqdanoviç  Amerika basketbol liqasının (NBA) komandalarından biri olan “Atlanta Hawks”la müqaviləsini uzadıb.

Allsport.az xəbər verir ki, klubdan verilən açıqlamada 30 yaşlı serbiyalı basketbolçu ilə 2023-24 mövsümündən başlayaraq uzunmüddətli müqavilə imzalanıb.

ABŞ mətbuatında çıxan xəbərlərə görə, Boqdanoviç “Hawks” ilə 4 mövsümlük 68 milyon dollarlıq yeni müqavilə imzalayıb.

2014-17 mövsümləri arasında “Fənərbağça”da göstərdiyi möhtəşəm performansdan sonra karyerasını NBA-ya çevirən Boqdanoviç üçüncü ilini keçirdiyi Hawks-da oynadı və bu mövsüm hər oyunda orta hesabla 14,1 xal, 3,2 götürmə və 2,9 ötürmə ilə çıxış etdib.

Həmin kateqoriyadan