Bu gün yollar saat neçədə açılacaq?

Bu gün saat 18:00-dan etibarən, Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq. Allsport.az saytı xəbər verir ki, 10-12 iyunda Formula-1 Azərbaycan qran-prisi ərəfəsində ayın 6-dan bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.

Bakı şəhər halqası əməliyyat şirkəti bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.

Həmin kateqoriyadan