“Bu idman növünün köklü yenilənməyə ehtiyacı var”

Allsport.az saytı xəbər verir ki, “Böyük dəbilqə” turnirlərinin 24-qat çempionu Novak Cokoviç tennisdə zədələrin sayının artmasına izah gətirib:

“Statistika göstərir ki, zədələr getdikcə artır. Düşünürəm ki, bu məsələyə iki tərəfdən baxmaq lazımdır. Birinci və hazırda idmanımızda açıq şəkildə üstünlük təşkil edən məsələ maliyyə ilə bağlıdı. Tennisin dəyərini artırmağa çalışırlar. Turnirləri uzadır, onların müddətini artırır və onsuz da həddindən artıq yüklənmiş təqvimə yeni yarışlar əlavə edirlər.

Mənim hansı yarışlarda iştirak edəcəyimi seçmək imtiyazım var və planımın sıxlığından əksər oyunçular qədər təsirlənmirəm. Amma Karlos Alkarasın və digər tennisçilərin evdən həddindən artıq uzaqda qaldıqlarına dair şikayətlərini çox yaxşı başa düşürəm. Bu, mənim də xoşuma gəlmir.

Düşünürəm ki, tennisin genişmiqyaslı yenilənməyə ehtiyacı var. Turlar düzgün şəkildə idarə olunmur. Pərdəarxasında həddindən artıq çox proses gedir, idmanımızın rəhbər qurumları arasında çoxlu fikir ayrılığı var və birlik çox azdır. “Böyük dəbilqə” turnirləri həmişə tennisin əsas dayaqları olacaq. lakin rəhbərlik təqvimi, yarış formatlarını və bir çox mövcud qaydaları yenidən nəzərdən keçirməlidir. Bu idman növünün gələcəyi üçün ən doğru qərarları tapmaq məqsədilə bütün maraqlı tərəflər bir masa arxasında toplaşmalıdırlar”.

Həmin kateqoriyadan