Bublik növbəti mərhələdə

Qazaxıstanlı tennisçi “Uimbldon”da növbəti qələbəsini qazanıb.

Allsport.az saytı xəbər verir ki, dünya reytinqində 11-ci pillədə qərarlaşan Bublik 1/32 final görüşündə fransalı Kiryan Jakeni (ATP reytinqində 139-cu yer) 6:3, 6:4, 7:6 (7:5) hesabı ilə məğlub edib.

Qazaxıstanlı tennisçi üçüncü mərhələdə ABŞ təmsilçisi Frensis Tiafo ilə Böyük Britaniyadan olan Yan Xoyinskinin qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan