“Büdcəsi bizdən 10 dəfə artıq olan klub bu gün öz gücünü göstərdi”

“Büdcəsi bizdən 10 dəfə artıq olan klub bu gün öz gücünü göstərdi”

25 oktyabrda “Sərhədçi” idman mərkəzində “Sabah” basketbol klubu FİBA Avropa kubokunun “D” qrupunun 2-ci turunda Türkiyə “Bağçaşəhər”inə 65:83 uduzdu.

Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında komandamızın baş məşqçisi Boban Mitev bunu söylədi:

“Bu oyunda yenildiyimiz üçün azarkeşlərdən üzr istəyirəm. Büdcəsi bizdən 10 dəfə artıq olan klub bu gün öz gücünü göstərdi.

İlk hissədə buraxdığımız səhvlər bizə baha başa gəldi. 4-cü bölmədə hətta fərqi 5-ə endirdik. Qarşıda oyunlar var. Növbəti mərhələ üçün bütün qüvvəmizlə çalışacağıq”.

Həmin kateqoriyadan