Bukin yeni tərəf-müqabilinə mərhəmət etdi

Krasnoyarskda 2023-cü il Rusiya qran prisinin üçüncü mərhələsi başa çatıb.

Allsport.az xəbər verir ki, kişilərin yarışında Dmitri Əliyev sərbəst proqramda üçüncü olsa da, ümumi xallara görə birinci olub. Aleksandr Samarin ikinci, Petr Qumennik isə üçüncü yeri tutub.

Cütlü konkisürmədə, etdikləri bir çox səhvə baxmayaraq, Aleksandra Boykova və Dmitri Kozlovski yarışın ən yaxşısı olublar.

Qadınlardan Anna Frolova qızıl medal qazanaraq rəqibləri, Veronika Yametova və Mariya Ağayevanı qabaqlayıb.

İkiqat ölkə çempionları Aleksandra Stepanova və İvan Bukin buz rəqslərində 1-ci yerə layiq görülüblər.

Həmin kateqoriyadan