Bülənd Özərdim: Bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm

Aprelin 28-də axşam Kristina Aqileranın konsertindən sonra Aksvell və İnqrosso DJ qrupu səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək. Allsport.az saytı xəbər verir ki, İsveçin dünyaya bəxş etdiyi ən məşhur sənətçilərdən və elektronik rəqs musiqisinin aparıcı şəxslərindən olan iki musiqiçi Formula1 Azərbaycan qran-prisinin 2-ci günü əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək. BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənd Özərdim məşhur DJ-lərin Bakıya gəlişinə çox sevindiyini bildirib:

“Onların musiqisi bütün dünyaya xitab edir. Qrupun şənbə günü gecə saatlarında baş tutacaq əyləncə proqramı həftəsonu tədbirlərimizin ən həyəcanverici hissəsidir. “Büllur” sarayda baş tutacaq bu konsert F1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm – yalnız bir biletlə həm Kristina Aqileranın, həm də Akxvell və İnqrossonun əyləncə proqramına şahidlik edəcəksiniz! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”

Həmin kateqoriyadan