Buzadırmanma üzrə ölkə çempionatı başa çatdı

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi buzadırmanma üzrə açıq Azərbaycan çempionatı uğurla başa çatıb. Allsport.az xəbər verir ki, 31 yanvar – 1 fevral tarixlərində təşkil olunan çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.

Gənclərin böyük maraq göstərdiyi çempionatın oğlanlar və qızlar arasında təşkil olunmuş sürət və çətinlik mərhələləri üzrə təsnifat-seçim yarışlarını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. Daha sonra çempionat final mərhələsi ilə davam edib.

2 gün davam edən buzadırmanma üzrə açıq Azərbaycan çempionatının sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.

Çempionatın nəticələri:

Buzadırmanma üzrə respublika çempionatında kişilər arasında çətinlik üzrə final mərhələsinin nəticələri:

1. Rəhimxanov Ramel (FAIREX “Salavat”)
2. Hidayətov İftixar (FAIREX “Qafqaz”)
3. Atluxanov Alim (FAIREX “Salavat”)

Buzadırmanma üzrə respublika çempionatında qadınlar arasında çətinlik üzrə final mərhələsinin nəticələri:

1. Pirəliyeva Gülnar (FAIREX “Zirvə”)
2. Əhmədova Leyla (FAIREX “AMEAST”)
3. Əliyeva Süsəm (FAIREX “Rockstone”)

Buzadırmanma üzrə respublika çempionatında kişilər arasında sürət üzrə final mərhələsinin nəticələri:

1. Şıxrəhimov Qalib (FAIREX “Zirvə”)
2. Rəhimxanov Ramel (FAIREX “Salavat”)
3. Atluxanov Alim (FAIREX “Salavat”)

Buzadırmanma üzrə respublika çempionatında qadınlar arasında sürət üzrə final mərhələsinin nəticələri:

1. Pirəliyeva Gülnar (FAIREX “Zirvə”)
2. Əhmədova Leyla (FAIREX “AMEAST”)
3. Novruzova Fidan (FAIREX “Qərb Universiteti”)

Buzadırmanma üzrə respublika çempionatında komandalararası yarışda ümumi nəticələrə görə FAIREX-in “Zirvə” komandası I, “AMEAST” komandası II, “Salavat” komandası isə III yerə çıxıb.

Həmin kateqoriyadan