“Cəlilabad”dan ardıcıl 3-cü məğlubiyyət

Bu gün Azərbaycan basketbol liqasında VIII tura yekun vurulub.

Allsport.az xəbər verir ki, turun son matçı Xaçmazda keçirilib.

Bölgə təmsilçilərinin duelində “NTD-İndiqo” “Cəlilabad”ı qəbul edib. Meydan sahibləri asan qələbə qazanıblar. Xaçmaz basketbolçuları böyük fasiləyə 25 xal fərqi ilə üstün yollanıblar. Onlar bu üstünlüyü sonadək qoruyublar. Cənub təmsilçisi isə ardıcıl 3-ü dəfə məğlubiyyət olub.

14:00. NTD-İNDİQO – “Cəlilabad” – 108:93 (29:15, 31:20, 26:25, 22:33)

Həmin kateqoriyadan