Çarli Vaytinq: Bakı Avropa qran-prisinə tam hazırdır

“Bakı Formula-1 Avropa qran-prisinə tam hazırdır. Son müşahidələrim bunu deməyə əsas verir”. Allsport.az saytı xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakı Şəhər Halqasının hazırlığı ilə bağlı fikirlərini bildirərkən deyib.

O qeyd edib ki, sonuncu baxışdan indiyə qədər xeyli işlər görülüb: “Həmin vaxtdan bir ay keçib. Halqa artıq tam hazırdır. Bu işi yerinə yetirmək çətin idi, çünki şəhərdə paralel olaraq nəqliyyatın hərəkətini də təmin etmək lazım idi. Hazırlıq işləri tamamlanıb. Kiçik işlər var idi ki, onları görmək lazımdır, amma ümumilikdə əməl edilmiş standartlar yüksək səviyyədədir. İşlər planlaşdırdığımız kimi görülüb”.

Bakıda yağışlı hava davam edəcəyi halda yarışmaya hansı təsir göstərəcəyi ilə bağlı suala cavab verən Çarli Vaytinq bildirib ki, yağışlı hava yarışmaya elə də təsir etmir: “Çünki yarış avtomobillərinin təkərləri olduqca qalındır, onlar hər cür sürtünməyə tab gətirə bilir. Ancaq həddən artıq güclü leysan yağarsa, o halda yağışlara nəzarət edən heyət müəyyən qərarlar qəbul edə bilər”.

Həmin kateqoriyadan