Cedi Osmandan zəlzələdən zərər görən uşaqlar üçün yardım çağırışı

Amerika basketbol liqası (NBA) komandalarından “Kliveland Kavalers”in formasını geyinən və eyni zamanda UNİCEF-in xoşməramlı səfiri olan Cedi Osman Türkiyədə baş verən zəlzələ fəlakətlərindən sonra insanları zəlzələdən zərər çəkənlərə yardım etməyə çağırıb. Allsport.az xəbər verir ki, o, YUNİSEF Türkiyənin sosial media hesabında video paylaşıb. Videoda deyib:

“Milyonlarla uşaq, milyonlarla ehtiyac var. Bu gün milyonlarla insana təsir edən dağıdıcı zəlzələdən düz bir ay keçir. Bu böhrandan ən çox uşaqlar təsirləndi. Bəziləri ailələrini, bəziləri dostlarını, bəziləri isə evlərini itirdi. YUNİSEF uşaqlar və ailələr üçün əlindən gələni etməyə çalışır. Amma daha çox uşağa çata bilərik. Mənə qoşulun, YUNİSEF-ə qoşulun və indi ianə edin. Mən bunu etdim”.

Həmin kateqoriyadan