Ceyms Vaulz: “Mersedes” və “Uilyams” arasında fərq böyükdür

Allsport.az saytı xəbər verir ki, qarşıdan gələn mövsümün test məşqlərinin 3-cü gününü keçirilib. “Mersedes” komandasının keçmiş strateqiya rəhbəri Ceyms Vaulz, bu mövsümdən “Uilyams”a rəhbərlik edəcək. Bəhreyndə keçirilən testlərdə komandalar yeni bolidləri sınaqdan keçirir. O, mətbuat konfransında 2 komandanı müzakirə edib:

”Əsas çatışmamazlıqlardan biri, komandada texniki şöbəbin olmamasıdır. Bizim məqsədimiz, bu strukturu yaratmaqdır. Texniki direktoru və aerodinamika mütəxəssisini təyin etməkdir. Onların qərarları bizim inkişafımıza təsir edəcək. Söhbət təcili kimisə təyin etmək deyil. Bizim üçün namizədin doğru insan olmasıdır.

Qərar verməyə tələsmirik. Əsas odur ki, uzunmüddətli perspektivdə bizə uyğun gələn kadr olsun. “Mersedes” və “Uilyams” arasında fərq böyükdür. Mən bunu yalnız komandaya gələndən sonra anladım. “Mersedes” də nəyəsə ehtiyacım olanda, onu problemsuz təmin edirdilər. Mənim hazırda olduğum yerdən tam fərqli olaraq. Büdcə sıxıntısına görə, ehtiyaclarımızı tələb edə və ya almaqda çətinlik çəkirik”.

Həmin kateqoriyadan