Çeyz Keri: Bu mövsümü mütləq keçirəcəyik

Son bir həftə ərzində təqvim bir anda 4 mərhələni, o cümlədən, Azərbaycan qran-prisini itirdi. Allsport.az saytı xəbər verir ki, burada son vaxtlara qədər mövsümün başlaması planlaşdırılırdı, lakin Formula1-in icraçı direktoru Çeyz Keri tam bir mövsüm keçirəcəyinə ümidini ifadə edən açıq məktub dərc edib:

“Bu həftə 10 komanda, Formula1 və FİA qüvvələrini birləşdirərək, koronavirus pandemiyasına cavab olaraq sürətli və qətiyyətli hərəkətə keçiblər. Hal-hazırda heç kim vəziyyətin nə vaxt yaxşılaşacağını təsəvvür etməsə də, mütləq yaxşılaşacaq və bu baş verəndə, yarışlarda iştirak etməyə hazır olacağıq. Hamımız azarkeşlərə 2020-ci ilin tam mövsümünü verməyə çalışırıq.

Anlayırıq ki, daha çox planlaşdırılan yarışlar təxirə salına bilər, amma biz və tərəfdaşlarımız mövsümün bu yay başlayacağına və 15-18 mərhələni əhatə edəcəyinə ümid edirik.

Həmin kateqoriyadan