Ceyz Kerri: Bakı şəhəri mükəmməl rəqabət üçün möhtəşəm ab-hava təqdim edir

Bu gün “Fairmont” mehmanxanasında Bakı Şəhər Halqası əməliyyat şirkətini ilə Formula1 ilə arasında anlaşma daha 3 il uzadılması ilə bağlı qərar verilib. Allsport.az saytı xəbər verir ki, imzalanmadan sonra şirkətlər qrupunun baş icraçı direktoru və idarə heyətinin sədri Ceyz Kerri Azərbaycanın bu yarış üçün ideal məkan olduğunu söyləyib:

“Çox şadıq ki, bu müqaviləni yeniləməklə biz Azərbaycan qran-prisini daha bir neçə il ərzində Formula1 dünya çempionatında görə biləcəyik. Bu yarış hər dəfəsində yaratdığı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddət ərzində mövsümün ən məşhur yarışlarından birinə çevrilə bildi.

Azərbaycan hər zaman Formula1-də olan hər kəs üçün böyük qonaqpərvərlik nümayiş etdirir, gözoxşayan Bakı şəhəri isə mükəmməl rəqabət üçün möhtəşəm ab-hava təqdim edir. Bu baxımdan bütün avtoidman həvəskarlarını möhtəşəm rəqabəti qaçırmamaq üçün Formula1 Azərbaycan qran-prisinin keçiriləcəyi 28 aprel tarixini gündəliklərinə qeyd etməyə dəvət edirəm”.

Həmin kateqoriyadan