Cüdo millisi müxtəlif tibbi və fiziki testlərdən keçir

Dövlət bədən tərbiyəsi və idman akademiyası və Avstriyanın “Complex Core” şirkəti ilə əməkdaşlıq çərçivəsində cüdo millisi üzvlərinin müxtəlif tibbi və fiziki testlərdən keçirilməsi layihəsinə start verib. Allsport.az saytı xəbər verir ki, proqram hər idmançı üçün fərdi olaraq, Böyük Britaniyanın klinik protokollarından və fiziki hərəkətlər kompleksindən istifadə edilməklə tərtib edilib:

1. Əzələ fəaliyyətinin qiymətləndirilməsi
2.Bədənin xüsusi tərkibinin ölçülməsi
3. Sabitliyin (tarazlıq saxlama qabiliyyəti) ölçülməsi
4. Fiziki gərginlik zamanı ürək-ağciyər sisteminin müayinəsi
5. 3D antropometriya
6. Psixoloji test

Həmin kateqoriyadan