Dadaş qran prinin qalibi oldu

Dadaş qran prinin qalibi oldu

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) Qətərin paytaxtı Dohada keçirilən qran pridə çempion tituluna yiyələnib.

Allsport.az xəbər verir ki, o, Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakterli turnirdə birdən qaldırma hərəkətində 176 kq-ı ram edib və bu hərəkətin qalibi olub.

Yığmamızın heyətində mübarizəyə son qoşulan Avropa çempionu təkanla qaldırma hərəkətində isə 212 kq-ı başı üzərinə qaldırıb. Dadaşbəyli bu hərəkətdə isə gümüş medala sahib çıxıb.

Toplam 388 (176+212) kq nəticə göstərən təmsilçimiz yekun sıralamada hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.

Turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet mübarizə aparır.

Həmin kateqoriyadan