Dadaşbəyli 9-cu olub

Allsport.az xəbər verir ki, Kubanın paytaxtı Havanada keçirilən beynəlxalq ağırlıqqaldırma federasiyasının qran pri yarışı davam edir.

Paris-2024 olimpiya oyunlarına lisenziya xarakterli turnirə 72 ölkədən 272 atlet qatılıb. Yarışda Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.

Onlardan son olaraq Əli ŞükürlüDadaş Dadaşbəyli 102 kq çəki dərəcəsinin “B” qrupunda yarışıblar. Əli Şükürlü zədə səbəbindən yarışı nəticəsiz başa vurmağa məcbur olub.

Dadaşbəyli isə toplam 320 kq (145+175) nəticə göstərib və ümumi sıralamada 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan