Daha 4 çəkidə qalib

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasında yeniyetmələr arasında Azərbaycan birinciliyinin 2-ci gününə də yekun vurulub. 

Allsport.az saytı xəbər verir ki, 15 yaşlılarda Sumqayıt idmançısı Turan Əliyev (61 kq) cəmdə 192 kq (88+104) nəticə ilə qalib olub. Toplam 164 kq (74+90) nəticə ilə Abşeron təmsilçisi Məmməd Əhmədzadə (67 kq) 1-ci yer tutub.

17 yaşlılarda toplam 178 kq (78+100) nəticə ilə Qazax idmançısı Amin Osmanov (55 kq), 218 kq (98+120) nəticə ilə digər Qazax ağırlıqqaldıranı Qasım İsmayılov (61 kq) rəqiblərini üstələyiblər.

Həmin kateqoriyadan