Daniil Kvyat: Simulyatorda Bakı trasını yaxşı öyrənmişəm

“Toro Rosso”nun rusiyalı yürüşçüsü Daniil Kvyat ilk dəfə Azərbaycanda keçiriləcək Formula-1 Avropa qran-prisi ilə bağlı gözləntilərini bölüşüb. Allsport.az saytı xəbər verir ki, 0, Bakı səfəri öncəsi belə deyib: “Mən simulyatorda virtual bolidi çox idarə etmişəm, trası yaxşı öyrənmişəm. Zənnimcə, çox yaxşı trasdır. Uzun düz yollar çoxdur, hərçənd formal olaraq şəhər trasıdır. Doğrudur, Monako trasına heç bənzəmir.

Bu, şəhər mərhələsinin başqa tipidir. Hamımız üçün yeni trasdır. Hava isti keçəcək, buna hazır olmalıyıq. Simulyatorda müxtəlif səviyyələrdə sıxma qüvvəsi variantlarını sınamışıq. Bakı trasında məhz hansından istifadə edəcəyimizi hələ deyə bilmərəm, amma düşünürəm ki, axtarışlarımızı sərbəst yürüşlərin birincı günü davam etdirəcəyik”.

Həmin kateqoriyadan