- Baxış sayı: 28
- 05 May 2026 17:52
- Baxış sayı: 121
- May 04, 2026
- 0

Daşkənddə keçirilən savat assault üzrə dünya çempionatı və dünya kuboku yarışlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Allsport.az xəbər verir ki, dünya çempionatında Ələkbər Xanməmmədov (60 kq) qızıl medal qazanıb. Yusif Xəlilzadə (48 kq), Ümid Zeynalov (52 kq), Məhəmməd Məmmədli (56 kq), Nicat Məhəmmədli (65 kq), Nihat Quliyev (70 kq), Əli Bəylərzadə (75 kq) və Məhəmməd Süleymanov (85 kq) isə bürünc medallarla fərqləniblər.
Dünya kuboku üzrə isə Raul Hüseynzadə (30 kq) qızıl, İbrahim İbrahimli (35 kq) və Beyrək Bağırov (85 kq) bürünc medala sahib olublar.