DÇ-də mübarizədən imtina edib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında İsa Rüstəmov (67 kq) mübarizəni erkən dayandırıb.

Allsport.az saytı xəbər verir ki, körpücük üzərinə çıxan Azərbaycan ağırlıqqaldıranı dizindəki zədə səbəbindən ilk yanaşmasından (128 kq) sonra yarışdan imtina edib.

Bu rəqabət Paris-2024 yay olimpiya oyunlarına vəsiqə verir. Sentyabrın 17-dək davam edəcək yarışa 469 kişi və 425 qadın qatılıb.

Həmin kateqoriyadan