Yüksək dəstədə görünməmiş hesab

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 21-ci və 22-ci turların oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, “Dinamo” cari mövsümün rekord nəticısinə nail olub.

21-ci tur

“Məhsul” – “Təhsil” 23:20 (7:6)
“Dinamo” – U-16 48:22 (25:13)
“Bakı” – RİOEUGİM 43:28 (18:9)

22-ci tur

“Təhsil” – “Məhsul” 21:22 (8:13)
U-16 – “Dinamo” 28:62 (13:30)
RİOEUGİM – “Bakı” 31:39 (16:18)

Reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan