Divara yumruq vurdu, diqqət mərkəzinə düşdü

Allsport.az saytı xəbər verir ki, Bəhreyndə yeni mövsüm öncəsi 3 gün davam edən testlər başa çatıb. “Maklaren”in pilotu Ləndo Norris, bu dəfə məşqlərin nəticələrinə kəskin reaksiya verib. Komanda sınaqların ümumi statistikasında, qət olunmuş məsafəyə görə sonuncu yerdə qərarlaşıb. Ən yaxşı dövrələrin reytinqində isə o, 13-cü pillədən yuxarı qalxa bilmədiyib.

Sürücü bu nəticəyə çox əsəbləşib. Təbii ki, mətbuatla ünsiyyətdə əhval-ruhiyyəsinin pis olmadığını subut etməyə çalışan britaniyalı, məyüsluğunu gizlətməyə çalışıb. Buna baxmayaraq , “Maklaren”ın yeni direktoru Andrea Stella kollektivin hazırda ilk 4-lükdə olmadığlarını eriraf edib.

Çempionatın rəsmi saytının şərhçisi, əsasən pit-leyndə çalışan Uill Bakston testlərin son günündə Norrisin divara yumruq vurduğunu gördüyü iddia olunur. Bakston sonra, “Bu, heç də Ləndoya bənzəmir, deməli nəsə problem var”, – deyə şərh edib.

Dünən Bakston sosial media vasitəsilə yayılan bu məsələyə münasibət bildirmək məcburiyyətində qalıb: “Deyəsən, canlı yayımda etdiyim şərh şişirdilmiş və bəzi məlumatların yayılmasına səbəb olub”. Mən onun divara yumruq vurduğunu gördüm. Düşünürəm bu, Norrisin əsəbindən qaynaqlanırdı. Bəlkədə o, bunu bəlkə zarafatla edib”.

Həmin kateqoriyadan