- Baxış sayı: 49
- 11 Noyabr 2026 22:17
- Baxış sayı: 350
- Noyabr 09, 2026
- 0

Allsport.az xəbər verir ki, “Minnesota Timbervulvs”un basketbolçusu Cayden Makdaniels sağ qolundan aldığı zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.
Klubdan verilən məlumata görə, o, divara yumruq vurduğu üçün belə zədə ilə üzləşib. Tibbi müayinədən sonra idmançıya 3-cü və 4-cü metakarpal sümüklərin sınığı diaqnozu qoyulub. Buna görə onun qoluna gips qoyulmalı olub. Caydenin vəziyyəti ilə bağlı əlavə məlumat daha sonra veriləcək.