“Döyüşün ilk 30 saniyəsində ayağımı sındırdım”

Allsport.az xəbər verir ki, UFC döyüşçüsü Kolbi Kovinqton UFC-296-da Leon Edvardsa qarşı döyüşərkən zədələndiyini açıqlayıb:

“Döyüşün ilk 30 saniyəsində ayağımı sındırdım. Tezliklə rentgenə girəcəm, insanların hələ bundan xəbəri yoxdur. Bəli, ilk dəqiqədə. Telefonumda ayağımın onun dirsəyinə dəyən anın şəkli var. Ayağım çox tez şişdi. Birinci raundun sonunda həqiqətən çox ağrılar hiss edirdim. Mən adətən dövrələr arasında otururam, lakin bu dəfə alınmadı. Ayağıma basmaqda çətinlik çəkdiyim üçün bir neçə dəfə sağ baldırıma vurdu. Sol ayağım qırıldığı üçün daha çox sağ ayağıma güvənirdim.

Bir az sonra anladım ki, gələn ayaq zərbələrini sağ əlimlə dəf etməliyəm”.

Həmin kateqoriyadan