DQS-nin “Şuşa” mərhələsinin qrupları və oyun təqvimi müəyyənləşib

Allsport.az xəbər verir ki, 3×3 basketbol üzrə Dünya qadın seriyasının (DQS) “Şuşa” mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.

“A” qrupu (Almaniya, Rumıniya, “Neftçi”, Türkiyə), “B” qrupu (Niderland, Macarıstan, Azərbaycan, G FLOU).

Reqlamentə əsasən qruplarda birinci yeri tutmuş komandalar birbaşa 1/2 final mərhələsinə yüksələcəklər.

Qruplarda ikinci və üçüncü sıranın sahibləri isə, bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

“Şuşa” mərhələsinin açılış oyunu 12 iyun saat 13:00 -da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq.

Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan millisinə qarşı, “Neftçi” klubunun oyunu isə saat 13:50 -də Rumıniya seçməsinə qarşı olacaq.

Həmin kateqoriyadan