“Dreamland” qolf klubundan Bakı Şəhər Halqasına dəstək

“Dreamland” qolf klubu 23- 25 iyunda Bakı Şəhər Halqasında baş tutacaq Azərbaycan qran-prisinə dəstək məqsədilə yarış keçirib. Allsport.az saytı xəbər verir ki, mübarizədə 22 komandadan ibarət olmaqla, Azərbaycan və qonşu ölkələrdən olan 88 qolfçu öz gücünü sınayıb.

Uyğun hava şəraiti və qüsursuz qolf meydançası ilə, qolfçular “Dreamland” Qolf Klubunun və Bakı Şəhər Halqasının komandası tərəfindən ən xoş qonaqpərvərliyə şahid olublar. Gözəl keçən səhər yeməyindən sonra, komandalar qolf meydançasında 18 dəlik üzrə mübarizəyə başlayıblar. Dörd saat müddətində davam edən turnirin sonunda qolfçular qala yeməyində bir araya gəliblər.

Hər kəs tərəfindən gözəl oyun nümayiş etdirilən turnirdə “Dreamland” Qolf Klubunun koreyalı üzvləri Cunqvon Çoi, Cin Yub Çoi, Yunq Tae Son və Donq Seok Kvon 64 zərbənin yekununda 54.1 balla ən yüksək pilləyə layiq görülüb. 68 zərbənin yekununda 59.3 bal qazanan Deyvid Lousan, Con Kvinn, Qeyvin Makkenzi və Alan Ferguson ikinci yerdə qərarlaşıb. Üçüncü yer mükafatçıları isə 67 zərbə ilə 60.5 bal qazanan Darren Tomson, Corc Bol, Stüart Kinq və Din Makevan olub.

«Nearest the pin» yarışı üzrə ən yaxşı nəticəni 4-cü dəlikdə Alister Makdaf, 11-ci dəlikdə isə Din Makevan qazanıb. «Longest drive» yarışı üzrə ən yaxşı nəticəyə 3-cü dəlikdə Skot Bryus, 10-cu dəlikdə isə Darren Tomson yiyələnib.

Həmin kateqoriyadan