Dünya çempionatı-2024 Ermənistandan alındı

Ağırlıqqaldırma üzrə dünya çempionatı-2024-ün keçirilmə hüququ Ermənistanın əlindən alınıb. Allsport.az saytı xəbər verir ki, buna səbəb düşmən ölkənin aprelin 14-də İrəvanda təşkil olunan qitə çempionatınının açılışında milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlə Azərbaycan bayrağı yandırılması səbəb olub. Bir gün sonra soysuzlar yarış məkanının tavanında asılan Azərbaycan və Türkiyə bayraqlarını doğrayıblar. Təhlükəsizlik aşağı səviyyədə olduğundan, seçmə komandamız rəqabətə başlamadan avtobusla Gürcüstan üzərindən geri qayıdıb. Sözü gedən tədbir gələn il Bəhreyndə düzənlənəcək.

Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı baş prokurorluğun istintaq idarəsində cinayət məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan respublikasının dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi açılıb.

 

Həmin kateqoriyadan