Dünya çempionatında sonuncu yer

Kanadanın Monreal şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında idman rəqslərində mübarizəyə start verilib.

Allsport.az xəbər verir ki, duetlər bədii rəqsdə öz bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan fiqurlu konkisürənləri Adrienna Karhart və Aleksandr Kolosovski də buz üzərinə çıxıblar. Duetin çıxışı 49,56 xalla qiymətləndirilib.

Onlar 36 iştirakçı arasında sonuncu – 36-cı yeri tutublar. Yalnız 20 duet mübarizəni davam etdirdiyi üçün Karhart və Kolosovski mundialla vidalaşıb.

Martın 21-də kişilərin mübarizəsinə qoşulan Vladimir Litvintsev qısa proqramda 25-ci olaraq dünya çempionatında çıxışını başa vurub.

Həmin kateqoriyadan