Dünya çempionatları tarixində ilk dəfə 22 ötüşmə. Azərbaycan qran-prisi təqvimdə 8-cidir

Formula1in gələn mövsüm üçün təqvimi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, FİA-nın ontyabrın 4-də keçiriləcək toplantısında qran-prilər təsdiqlənəcək. Dünya çempionatları tarixində ilk dəfə olaraq 22 ötüşmə olacaq. Təqvimə Vyetnam qran-prisi qoşulub. Rəqabət aprelin 5-də nəzərdə tutulub. Azərbaycan mükafat yarışı təqvimdə 8-cidir, 5-7 iyunda keçiriləcək.

Hazırda komandalar istirahəti başa vururlar. Sentyabrın 1-də Belçika qran-prisində Spa avtodromunda 44 dövrə vurulacaq. “Mercedes”in sürücüsü Lüis Həmilton (250) 1-ci, onun komanda yoldaşı Valtteri Bottas (188) 2-ci, “Red Bull”dan Maks Ferstappen (181) 3-cü və “Ferrari”dən Sebastyan Fettel (156 xal) 3-cü yerdədirlər.

Mühəndislər kubokunda “Mercedes” 1-ci (438), “Ferrari” 2-ci (288) və “Red Bull” (244) 3-cü yerdədir.

Həmin kateqoriyadan